reklam
Çempionat matçından sonra ölüm hadisəsi -
Sportfm.az xəbər saytı

Çempionat matçından sonra ölüm hadisəsi -FOTO


Futbol üzrə Fransa çempionatının XVI turunda keçirilmiş "Loryan" - "Renn" matçından sonra faciəvi hadisə baş verib.

Sportfm.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, "Loryan"ın ev oyunlarını keçirdiyi "Le Mustuar" stadionunun əməkdaşı qarşılaşmadan sonra dünyasını dəyişib.

Görüşün başa çatmasından 10 dəqiqə sonra ot örtüyünü qızdırmaq üçün nəzərdə tutulan avadanlıq stadion işçilərindən birinin üzərinə düşüb.

Hadisədən 40 dəqiqə sonra işçini dağıntılar altından çıxarmaq mümkün olub. Oyunda iştirak edən həkim heyəti ilkin tibbi yardım göstərib, zərərkəkən xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, matç "Renn"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Millimizin həkimi azyaşlının həyatını xilas etdi
14 yaşlı yeniyetmə yaşıl meydanda öldü - Hadisə
Boban faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
İrlandiyalı futbolçu 16 yaşında dünyasını dəyişdi
Gənc boksçu döyüşdən sonra öldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər