reklam
Bender qardaşları karyeralarını başa vurur
Sportfm.az xəbər saytı

Bender qardaşları karyeralarını başa vururBundesliqa


Almaniyanın “Bayer” klubunun formasını geyinən Lars və Sven Bender qardaşları mövsümün sonunda karyeralarını başa vuracaqlar.

Sportfm.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 31 yaşlı qardaşların klubla müddəti yayda bitəcək müqavilələri yeniləməyəcəyi və futboldan gedəcəkləri diqqətə çatdırılıb. 

Bu mövsüm 16 oyuna çıxan Lars Bender 2009-cu ildən “Bayer”in formasını geyinir. Sven Bender isə Leverkuzen təmsilçisində dördüncü mövsümünü keçirir. Onların hər ikisi “1860 Münhen” klubunun yetirməsidir. Lars Almaniya yığmasında 19, Sven isə 7 oyun keçirib.

Oxşar xəbərlər

"Ayaks"dan "Lill"ə - Transfer
“Bavariya“ Almaniya kubokunu qazandı - FOTO
Skibbe istefaya göndərildi - FOTO
Həftənin qoluna namizədlər açıqlandı - SİYAHI
Almaniya millisinin Olimpiada üçün heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər