“Mançester Yunayted”dən yeni rekord -Ardıcıl 13-cü səfər qələbəsi
“Mançester Yunayted” öz klub rekordunu qırıb.
Sportfm.az xəbər verir ki, “qırmızı şeytanlar” buna İngiltərə kubokunun 1/4 finalında “Everton”la səfər matçında nail olublar. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Ole Qunnar Sulşerin baş məşqçisi olduğu komanda bütün turnirlərdə Premyer Liqa klubları üzərində ardıcıl 13-cü səfər qələbəsini qazanıb. Bu, “Mançester Yunayted” üçün klub rekordu hesab edilir.
Komanda son dəfə iyun ayının 19-da əsas liqa komandasına qalib gələ bilməyib. Premyer Liqanın 2019/20 mövsümünün 30-cu turunda “Tottenhem”lə Londonda keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, “Mançester Yunayted” kubokun yarımfinalında “Mançester Siti”ni qəbul edəcək. Yarımfinal oyunları 2021-ci il yanvarın ilk həftəsində keçiriləcək.
Oxşar xəbərlər
“Mançester Yunayted”də 109 illik rekord təkrarlandı - Federasiya kuboku
"Mançester Yunayted"dən yeni rekordu - Premyer Liqa
Liqa kubokunda yarımfinalın cütləri - İngiltərə
Premyer Liqada ən əzmkar komanda - Yeni rekord
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası