Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ"nin hazırlıq planı açıqlandı -Azərbaycan Premyer Liqası
“Qəbələ” komandasının qış hazırlıq planı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək.
Elmar Baxşıyevin baş məşqçilik etdiyi komanda məşqlərini Bakıda gerçəkləşdirəcək. “Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Bölgə təmsilçisi yanvarın 10-da “Neftçi” ilə üz-üzə gələcək. 4 gün sonra baş tutacaq matçdakı rəqib “Sumqayıt” olacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında qış fasiləsi yanvarın 21-də başa çatacaq. “Qırmızı-qaralar” XIV turun matçında səfərdə “Zirə” ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Qəbələ" Türkiyədə 3 yoxlama matçı keçirəcək - Hazırlıq planı
“Qəbələ”nin “Neftçi” planıı baş tutmadı - Görüş keçirilməyəcək
"Zirə"nin qış hazırlıq planı bilindi - Premyer Liqa
"Sumqayıt"ın hazırlıq planı məlum oldu - İki yoxlama oyunu keçirəcək
“Qırmızı-qaralar”ın hazırlıq planı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası