reklam
“Zirvə” komandası turnirin qalibi olub
Sportfm.az xəbər saytı

“Zirvə” komandası turnirin qalibi olub


AFFA-nın və UNİCEF-in dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub. 

Sportfm.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin idman sarayında keçirilən turnirin qalibi "Zirvə” komandası olub.
"Birlik" ikinci, "Şimşək" komandası isə üçüncü yeri tutub. Turnirin ən yaxşı oyunçusu Elşən Musayev ("Ümid"), ən yaxşı qapıçısı Süleyman Osmanlı ("Zirvə") və ən məhsuldar oyunçusu isə Nurlan Fətullazadə seçilib. 

Oxşar xəbərlər

"Yaz turniri"nə yekun vuruldu - FOTO
Futzal turnirində 18 qol vuraraq bombardir oldu
6 komanda futzal turnirində iştirak edəcək
"Birlik" və "Zirvə" rəqiblərini yendilər - FOTO
Beynəlxalq Əlillər gününə həsr olunmuş turnir keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər