reklam
Vətən müharibəsində şəhid olan futbol ailəsi üzvləri -
Sportfm.az xəbər saytı

Vətən müharibəsində şəhid olan futbol ailəsi üzvləri -Say açıqlandı


AFFA-nın Qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

Sportfm.az milli assosiasiyanın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, onlardan 190 nəfəri oyunçu, biri isə məşqçi kimi sistemdə qeydiyyatda olub. Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür.

2009-cu ildən bu günədək 212.000-dən çox şəxs AFFA-nın Qeydiyyat sistemində qeydiyyata alınıb. Bu sistem futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyatını əhatə edir.

Xatırladaq ki, şəhid olan mülki şəxslər arasında Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvü Şəhriyar Qurbanov da var.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Oxşar xəbərlər

Beş futbolçu - beş şəhid - Onları tanıyaq
"2020-ci ili uğursuz il adlandırmaq olardı" - Rövnəq Abdullayev
Vətən Müharibəsində şəhid olan cüdoçularımız
Vətən Müharibəsində neçə idmançımız şəhid oldu?
Yüz mininci azərbaycanlı futbolçu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər