reklam
Sportfm.az xəbər saytı

"2020-ci ili uğursuz il adlandırmaq olardı" -Rövnəq Abdullayev


“AFFA-nın növbəti Konfransında hər birinizi salamlayıram. Təxminən, 1 ildən çoxdur ki, dünyanın əksər ölkələri COVİD-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya dövrünün öz tələbləri var".

Sportfm.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev milli assosiasiyanın bugünkü videokonfransında deyib.

O, 2020-ci ilin zəfər ili olduğunu xatırladıb: "Əlbəttə, pandemiya ilə bağlı 2020-ci ili çətin və bəlkə də uğursuz adlandırmaq olardı. Lakin ötən il bizim üçün hər zaman zəfər ili kimi xatırlanacaq. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Böyük qələbə münasibətilə hər birinizi təbrik edirəm. Vətən müharibəsində AFFA-nın Qeydiyyat sistemində qeydiyyatdan keçmiş, Azərbaycan futbol ailəsinin 191 nəfər üzvü də şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

 

Oxşar xəbərlər

Azərbaycanda Zəfər Günüdür
Vətən müharibəsində şəhid olan futbol ailəsi üzvləri - Say açıqlandı
AFFA-nın İcraiyyə Komitəsinin qərarları
"2020-ci il xalqımız üçün zəfər ili oldu" - Rövnəq Abdullayev
AFFA prezidenti: "Milli komandamız Millətlər Liqasında uğursuz çıxış etdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər