reklam
“Qalatasaray”ın futbolçusu 6 oyunluq cəza aldı -
Sportfm.az xəbər saytı

“Qalatasaray”ın futbolçusu 6 oyunluq cəza aldı -1,2 milyon təzminat


“Qalatasaray” klubu və futbolçusu Oğulcan Çağlayan cəzalandırılıb.
Sportfm.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 
Çağlayan ötən ilin yayında “Rizəspor” klubu ilə müqaviləsini təktərəfli ləğv etmiş və mövsümün sonunda “Qalatasaray”a keçmişdi. Qaradəniz təmsilçisi futbolçusunu şikayət etmişdi. 
Türkiyə Futbol Federasiyası “Rizəspor”un şikayətini təmin edib və “Qalatasaray”la futbolçunu cəzalandırıb. “Qalatasaray” Oğulcan üçün “Rizəspor”a 1,2 milyon avro təzminat ödəyəcək. 24 yaşlı yarımmüdafiəçi isə 6 oyunluq diskvalifikasiya olunub.

Oxşar xəbərlər

"Qalatasaray" hücumçusu ilə vidalaşdı - Ayrılıq
"Qalatasaray"da yeni oyunçu - RƏSMİ
2 qol və "Qalatasaray" 1/4 finalda - VİDEO
"Qalatasaray" səfərdə qələbə qazandı
Hasan Şaşa ağır cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər