reklam
Sportfm.az xəbər saytı

"Sabah"ın oyunçusu Niderland klubunda -İcarəyə verildi


Futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunda “Nyukasl”la qarşılaşan “Şeffild Yunayetd” bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Sportfm.az xəbər verir ki, bununla da sözügedən komandanın qələbə həsrətinə son qoyulub. 
“Şeffild Yunayted”ə qələbə gətirən qolu 73-cü dəqiqədə penaltidən fərqlənən Billi Şarp vurub. 
Nəticədə bu komanda 17 oyundan sonra qələbə sevinci yaşayıb. Cari mövsümdə qələbə qazana bilməyən yeganə komanda olan “Şeffild Yunayted” bu arzusuna 18-ci turda çatıb. Bununla da “böyük beşlik” ölkələri arasında cari mövsümdə qələbə qazana bilməyən kollektiv qalmayıb.
“Şeffild Yunayted” ilk qələbəsini qazansa da, hazırda 5 xalla Premyer Liqanın aşkar autsayderi olaraq qalır.

Oxşar xəbərlər

"Liverpul" 7000-ə çatdı - Avtoqol
“Mançester Siti”də iki rekord birdən - 21-ci turda
"Şeffild Yunayted" –" Mançester Yunayted" 2:3 - VİDEO
İngiltərə klubunda yeni rekord - 90 ildən sonra
"Arsenal" və MY yarımfinalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər