"Dünya çempionatına vəsiqə qazanmaq istəyirik" -Nikolas Hagen
“Səbail”in qapıçısı Nikolas Hagen Qvatemala yığmasına dəvət olunmayıb.
Sportfm.az xəbər verir ki, buna səbəb paytaxt təmsilçisinin Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlaşmasıdır.
25 yaşlı qolkiper Puerto-Riko ilə yanvarın 23-də və 26-da keçiriləcək yoldaşlıq görüşlərinə çağırılmayıb. O, ölkəsinin mətbuatına açıqlamasında hazırda bütün diqqətini “Səbail”in oyunlarına yönəltdiyini bildirib: "Daim milli komandanın üzvləri ilə danışıram. Komanda hər dəfə oynayanda mənə matçlar barədə məlumat verilir. Bu, mənim üçün çox vacibdir. Puerto-Riko ilə oyunlar FİFA-nın pəncərəsinə daxil deyil. Ancaq martdakı rəsmi qarşılaşmaları birlikdə qazanmalıyıq.
Bütün dünya koronavirusla mübarizə aparır. Hazırda mürəkkəb mərhələdə, həyatla ölüm arasındayıq. Dünya çempionatına vəsiqə qazanmaq istəyirik. Bunu bacarmaq üçün mübarizə aparmalıyıq".
Oxşar xəbərlər
"Vəsiqə qazanmaq üçün hələ 7 oyun var" - "Qəbələ"nin braziliyalısı
"Bu il hədəflərimizə çatacağıma inanıram” - "Qarabağ"ın qapıçısı
Hagen "Səbail"ə keçidindən danışdı - "Daha çox inkişaf edəcəm"
"Uğurlu çıxışımı davam etdirəcəyəm" - "Səbail"in legioneri
"Essyen burdadırsa..." - David Luiz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













.png)

Misli Premyer Liqası