"Bu il hədəflərimizə çatacağıma inanıram” -"Qarabağ"ın qapıçısı
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev klubun rəsmi saytına açıqlama verib.
Sportfm.az xəbər verir ki, qolkiper yeni mövsümün hədəfləri barədə danışıb:
“Daha 2 il “Qarabağ”da qalacam. Buna görə çox sevinirəm. Bu komanda mənim ailəmdir. Evdən çox komandamızın bazasında zaman keçirirəm. Burada hamı mənə doğmadır. Hədəflərimiz dəyişmir. Yeni mövsümdə çempionluq titulunu geri qaytarmaq, eləcə də çoxdandır əldə etmədiyimiz kuboku qazanmaq istəyirik. Avrokuboklara gəlincə, biz hər il qrup mərhələsinə vəsiqə qazanmaq üçün meydana çıxırıq. Konfrans Liqası yeni çağırışdır. Başlıca olaraq, ilk turda qələbə qazanmaq, mərhələ keçmək haqda düşünürük. Sonrası haqda hər oyundan sonra danışarıq. Allahın köməyi ilə bu il hədəflərimizə çatacağıma inanıram”.
Oxşar xəbərlər
Şahruddin Məhəmmədəliyev nə vaxt meydana çıxacaq?
"Komanda yoldaşlarıma inanıram" - Millimizin futzalçısı
"Yaxın zamanlarda çətin günlər geridə qalacaq" - Tiaqo Bazerra
"Azərbaycanda çox xoşbəxtik" - Filip Ozobiç
"“Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim" - Jelko Sopiç
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası