reklam
Sportfm.az xəbər saytı

"Bu klubu yaxşı tanıyıram" -Millimizin futbolçusu


"Yenidən Niderlanda qayıtdığım üçün şadam".

Sportfm.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ozan Can Kökçü "NH Sport" nəşrinə açıqlamasında icarə əsasında Niderlandın "Telstar" klubuna keçidi barədə danışarkən deyib.

23 yaşlı oyunçu keçidinin səbəbini "Telstar"ın əla futbol sərgiləməsi ilə əlaqələndirib: "Keyfiyyətli komandaya gəlmişəm. Gənc yaşlarımda Niderlanda oynadığım üçün bu klubu yaxşı tanıyıram".

Kökçü yenidən Niderland çempionatında çıxışının onun inkişafına müsbət təsir edəcəyini vurğulayıb: "Düşünürəm ki, burada çempionatın səviyyəsi yüksəkdir və bu, mənim inkişafıma kömək edə bilər".

Qeyd edək ki, "Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.

Oxşar xəbərlər

Millimizin futbolçusu Niderland klubunda - RƏSMİ
Millimizin futbolçusu Niderland klubunda - Müqavilə
Millimizin futbolçusu Türkiyə klubunda - Müqavilə
"Bu çempionat düşünüldüyü qədər asan deyil" - Ozan Can Kökçü
Kökçü Niderland klubunda debüt etdi - 2:2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər