reklam
Millimizin futbolçusu Türkiyə klubunda -
Sportfm.az xəbər saytı

Millimizin futbolçusu Türkiyə klubunda -Müqavilə


Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ozan Can Kökçü Türkiyənin "Eyüpspor" klubu ilə anlaşıb.

Sportfm.az xəbər verir ki, 23 yaşlı hücumameylli yarımmüdafiəçi I liqaya yüksələn komanda ilə şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb.

Türk əsilli oyunçu Bakı klubu ilə vidalaşdıqdan sonra İstanbul təmsilçisi ilə sözləşmə imzalayacaq.

Qeyd edək ki, Ozan Can Kökçünun "Sabah"la müqaviləsi 2023-cü ildə başa çatmalıdır. O, 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında Niderlandın "Telstar" klubunda keçirib. Vinger daha əvvəl Türkiyədə "Bursaspor" və "Giresunspor" komandalarının formasını geyinib.

Oxşar xəbərlər

Millimizin futbolçusu Niderland klubunda - RƏSMİ
Millimizin futbolçusu Niderland klubunda - Müqavilə
Kökçü Niderland klubunda debüt etdi - 2:2
"Bu klubu yaxşı tanıyıram" - Millimizin futbolçusu
Millimizin üzvü Birinci Liqa klubunda?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər