reklam
Dünya çempionatının vaxtı açıqlanacaq -
Sportfm.az xəbər saytı

Dünya çempionatının vaxtı açıqlanacaq -Müzakirələr aparılır


Belqradda kişi boksçular arasında təşkil ediləcək dünya çempionatının vaxtı ilə bağlı Beynəlxalq Həvəskar Boks Assosiasiyasında (AIBA) müzakirələr aparılıb.

Sportfm.az xəbər verir ki, yarışın baş tutacağı dəqiq tarix bu yaxınlarda açıqlanacaq. Bununla yanaşı, AIBA-nın Direktorlar Şurası Polşada keçirilməsi nəzərdə tutulan gənclər arasında dünya çempionatının vaxtı və qadınlar arasında dünya çempionatına ev sahibliyi ilə bağlı məsələləri də müzakirə edib.

Qeyd edək ki, AIBA bundan əvvəl Rusiyada keçirilməsi planlaşdırılan komandalararası dünya kubokunun pandemiya səbəbindən 2022-ci ilə təxirə salınması ilə bağlı qərar qəbul edib.

Oxşar xəbərlər

Dünya çempionatının yeri və vaxtı açıqlandı - Boks üzrə
Rusiyada keçiriləcək dünya kuboku təxirə salındı - Koronavirusa görə
BOK AIBA-nın yenidən qurulmasında ümüdsizdir
İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək
Dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər