reklam
Azərbaycan yığması mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Azərbaycan yığması mübarizəyə başlayır -Avropa çempionatı


Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

Sportfm.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv Slovakiya yığmasını qəbul edəcək.

Bakı İdman Sarayında oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Milli komanda matça ciddi itki ilə çıxacaq. Fineo De Araujo zədə səbəbindən görüşü buraxacaq. Rəqibin heyətində isə Pyotr Kozar, Qabriel Rik və Patrik Zatoviç koronavirusa yoluxduqları üçün Bakıya gətirilməyib.

Qrupun ilk matçında isə Moldova yığması Yunanıstana qalib gəlib - 3:1.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup

18:00. Azərbaycan - Slovakiya

Hakimlər: İrina Velikanova, Yuri Neverov (Rusiya), Hikmət Qafarlı, Knyaz Əmiraslanov

Bakı İdman Sarayı

Qeyd edək ki, yığma qrupdakı ikinci sınağında fevralın 2-də Yunanıstanın qonağı olacaq.

Oxşar xəbərlər

Millimiz seçmə mərhələdə son matçına çıxır - Avropa çempionatı
Millimiz qrup liderliyini təmin etdi - Avropa çempionatı
Millimiz Slovakiyaya qarşı - Avropa çempionatı
Millimiz Moldovaya qarşı - Avropa çempionatı
Yığmamız Yunanıstanla üz-üzə - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər