reklam
Mesut Özil debüt etdi -
Sportfm.az xəbər saytı

Mesut Özil debüt etdi -FOTO


Futbol üzrə Türkiyə Super Liqasında XXII tura start verilib.

Sportfm.az xəbər verir ki, açılış matçında lider "Fənərbaxça" "Hatayspor"un qonağı olub.

Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. Qonaqların heyətində Mame Tiam fərqlənib. 67-ci dəqiqədə "Fənərbaxça"nın yeni transferi Mesut Özil meydana daxil olaraq, komandasında debüt edib. 88-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Jan-Klod Billonq topu öz qapısından keçirib - 0:2. Matçda son nöqtəni isə "Hatayspor" qoyub. Qobonlu hücumçu Aaron Bupendza baxımlı qola imza atıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 48-ə çatdıran "Fənərbaxça" ilk pillədəki mövqeyini qoruyub. "Hatayspor" isə 35 xalla 7-ci sırada qalıb.

Oxşar xəbərlər

Derbidə qalib müəyyənləşmədi - Türkiyə Super Liqası
"Qarabağ" paytaxt klubuna 5 qol vurdu - Premyer Liqa
İstanbul derbisində qalib müəyyənləşmədi - Super Liqa
"Qalatasaray"dan böyük hesablı qələbə - Super Liqa
"Fənərbaxça" 9 futbolçu ilə bacarmadı - 0:0

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər