reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin heyətində 80-ci oyun


İlkin Muradov “Zirə”nin heyətində 80-ci oyununu keçirib.

Sportfm.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan kubokunun “Neftçi” ilə 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. İlkin yubileyini 1:0 hesablı qələbəni gətirən qola imza atmaqla qeyd edib. Bu, onun “qartallar”ın heyətində 4-cü qolu olub. Muradov Premyer Liqada 69, ölkə kubokunda 11 matça çıxıb. O, hər iki turnirdə 2 qola sevinib. Əvvəlki üç qolu ev qarşılaşmalarında vuran futbolçu ilk dəfə səfərdə fərqlənib.

Yarımmüdafiəçi klub tarixində 80 və daha çox matç keçirən 6-cı oyunçudur. Onadək Adil Nağıyev (103), Vüqar Mustafayev (89), Viktor İqbekoyi (88), Anar Nəzirov (86) və Yovan Krneta (83) buna nail olub.

Oxşar xəbərlər

Kapitan üçün uğursuz yubiley oyunu
Ülvi İsgəndərov üçün əlamətdar tur - 100-cü oyun
"Qəbələ"nin legioneri 50-ci oyununa çıxdı
Ozobiç "Qarabağ"ın tarixinə düşdü - Premyer Liqa
"Zirə" formasıyla 75 dəfə - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər