Ozobiç "Qarabağ"ın tarixinə düşdü -Premyer Liqa
Azərbaycan millisinin futbolçusu Filip Ozobiç “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.
Sportfm.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XII tur oyununa təsadüf edib.
Ozobiç 2018-ci ilin yayından formasını geyindiyi “Qarabağ”da keçirdiyi 100 qarşılaşmada 31 qola imza atıb. O, Premyer Liqada 62 oyunda 27, avrokuboklarda 34 matçda 4 dəfə fərqlənib.
Yarımmüdafiəçi Azərbaycan kubokunda 4 görüşdə meydanda olub. Ozobiç “Qarabağ”ın tarixinə 100 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb.
Qeyd edək ki, Filip Ozobiçin “Qarabağ”da debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Sloveniyadakı matça (1:0) təsadüf edib.
Oxşar xəbərlər
"Qarabağ"da 100-cü oyununa çıxdı - UĞUR
Filip Ozobiçdən 30-cu qol - Azərbaycan Premyer Liqası
Ozobiç 40-cı qolunu vurdu - Azərbaycan Premyer Liqası
Filip Ozobiç 100-ə çatdı - Premyer Liqa
"Qarabağ"ın futbolçuları üçün əlamətdar oyun - Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası