"Nuriyev milliyə xeyir verə bilər" -Ukraynalı qapıçı
"Anatoli Nuriyev haqqında yalnız müsbət fikirlər söyləyə bilərəm. O həm yaxşı futbolçu, həm də yaxşı insandır".
Sportfm.az xəbər verir ki, bunu açıqlamasında Ukraynanın "Minay" klubunun qapıçısı Andrey Popoviç komanda yoldaşı Anatoli Nuriyevin Azərbaycan millisinə cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.
Ukraynalı qolkiperin sözlərinə görə, 25 yaşlı hücumçu yığmaya xeyir verə biləcək səviyyədədir: "Nuriyev fiziki cəhətdən çox güclüdür. Dəqiq pasları var və qüvvətli zərbələrə malikdir. Hesab edirəm ki, milliyə xeyir verə bilər. AFFA-dan təklif gələrsə, mütləq razılaşmalıdır".
"Minay"da oynayan digər həmyerlimiz Rüstəm Əhmədzadə barədə də danışan Azərbaycan millisinin keçmiş qapıçısı onun gənc və perspektivli futbolçu olduğunu söyləyib.
Qeyd edək ki, 2011-2014-cü illərdə U-21 və əsas yığmanın formasını geyinmiş Andrey Popoviç "Bakı", "Sumqayıt", "Turan" və "Qəbələ"də də çıxış edib.
Oxşar xəbərlər
Millinin sabiq üzvü "Sumqayıt"da - Müqavilə
Anatoli Nuriyev komandasını tərk etdi - Ayrılıq
Ukrayna klubunun oyunçusu millimizdə - İlk dəfə
Millimizin futbolçusu yeni müqavilə imzaladı - 1 illik
"Ukraynada oynayan futbolçuları bəyəndim" - Canni De Byazi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı - Premyer Liqa
-
"İmişli" minimal hesabla qalib gəldi - Premyer Liqa
-
“Sabah” – “Borussiya” matçını ispaniyalı hakimlər idarə edəcək
-
Azərbaycan 2-ci liqasında 8-ci tur başladı
-
İdmançılarımız dünya çempionatını 5 medalla başa vurdu
-
Region Liqasının püşkü atıldı















Misli Premyer Liqası