reklam
Balkan çempionatında iştirak edəcək atletlərimiz açıqlandı
Sportfm.az xəbər saytı

Balkan çempionatında iştirak edəcək atletlərimiz açıqlandı


Atletika üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərindəki Balkan çempionatında iştirak edəcək.

Sportfm.az xəbər verir ki, yığma yarışa 4 idmançı və iki məşqçi ilə yollanacaq.

Yığmanın baş məşqçisi Bəhruz Salehli bildirib ki, Azərbaycan turnirdə üç təkanla və uzunluğa tullanma növlərində təmsil olunacaq: "Üç təkanla tullanmada Avropa çempionu Nazim Babayevlə yanaşı, Rüstəm Məmmədov, Yekaterina Sarıyeva çıxış edəcək. Uzunluğa tullanmada isə Yelena Pextireva qüvvəsini sınayacaq. Anna Yusupova çöl şəraitində məşq etdiyi üçün zədələnib. Onun yerinə Pextirevanı əlavə etdik".

Mütəxəssis onu da əlavə edib ki, Babayevin şəxsi məşqçisi Ziyad Xəlfəyev və digər məşqçi Vidadi Əlisgəndərov da atletlərlə birlikdə Türkiyəyə yollanacaq.

Qeyd edək ki, Balkan çempionatı fevralın 20-də olacaq.

Oxşar xəbərlər

Ölkəmizi Avropa çempionatında 4 atlet təmsil edəcək
Atletlərimiz Balkan çempionatında iştirak edirlər
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci oldu
Atletimiz Nazim Babayev Türkiyədə çıxış edəcək
İngiltərədə bizi kim təmsil edəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər