Ən çox izlənilən idman yarışları -2020-ci ilin
2020-ci ildə ən çox izlənilən idman yarışlarının siyahısı açıqlanıb.
Sportfm.az xəbər verir ki, "Shareablee"nin araşdırmasına əsasən, sıralamaya "Formula 1" üzrə dünya çempionatı başçılıq edir.
Pandemiyaya baxmayaraq, ötən il yarışı 87,4 milyon tamaşaçı izləyib. Bu, 2019-cu illə müqayisədə, 4,5 faiz az olsa da, digər idman növləri arasında ən yaxşı göstəricidir.
İkinci pillədə Almaniya Bundesliqası qərarlaşıb. Eyni göstəriciyə malik Mütləq Döyüş Çempionatı (UFC) 3-cü sırada yer alıb.
İtaliya A Seriyası 44 faizlə 4-cü, İspaniya La Liqası isə 27 faizlə 5-ci olub.
Qeyd edək ki, nəticələr hesablanarkən telekanallarla yanaşı, yarışların feysbuk, tvitter, instaqram və yutubdakı rəsmi hesablarının izləyiciləri də nəzərə alınıb.
Oxşar xəbərlər
Çempionlar Liqasının əsas favoriti - Proqnoz
Azərbaycan Qran-prisi mövsümün ən yaxşıları sırasında - SİYAHI
İlk dövrənin ən yaxşı futbolçusu - Bundesliqa
Azərbaycan Premyer Liqası 48-cidir - 93 çempionatın yer aldığı siyahıda
Qadın idmançı Messini arxada qoydu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası