Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ağacan Abıyev virusa yoluxdu -Testi pozitiv çıxdı
Sabiq millət vəkili Ağacan Abıyev koronavirusa yoluxub.
Sportfm.az xəbər verir ki, bu barədə A.Abıyev özü məlumat verib.
O bildirib ki, COVID-19 testinin nəticəsi pozitiv çıxıb: "Hazırda müalicəmi evdə davam etdirirəm. Hələ ki səhhətin normaldır. Ümid edirəm ki, virusa qalib gələcəm”.
Qeyd edək ki, Ağacan Əbiyev 2005-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olub, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Baş katibi, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvüdür.
Oxşar xəbərlər
Prezident Ağacan Abiyevi təltif etdi
Beynəlxalq İdman Mükafatının təqdimat mərasimi keçirildi - FOTO
"Ata-anası görmür qızı necə geyinir?” - Ağacan Abıyev
Ağacan Abıyevin 80 illik yubileyi qeyd edildi
Macarıstanda idmançılarımızla görüş keçirildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası