reklam
Macarıstanda idmançılarımızla görüş keçirildi - FOTO
Sportfm.az xəbər saytı

Macarıstanda idmançılarımızla görüş keçirildi - FOTO


Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abiyev və baş katibin müavini Azər Əliyev Yeniyetmələrin Avropa Olimpiya Festivalında iştirak edən idmançılarımızla görüşüblər.

Sportfm.az xəbər verir ki, Macarıstanın Gyor şəhərində idmançılarımızın məskunlaşdıqları Olimpiya kəndinə gələn MOK-un rəsmiləri atletlərin, məşqçilərin və nümayəndə heyətinin Olimpiya kəndindəki şəraiti ilə maraqlanıb, yarışlara hazırlıqla bağlı məlumatları dinləyib və idmançılarımızın qidalandıqları yeməkxanaya baş çəkiblər.

Səmimi şəraitdə keçən görüşdə Ağacan Abiyev ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişafına dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, beynəlxalq yarışlarda Azərbaycan atletlərinin qazandıqları uğurların yeniyetmə idmançılarımız üçün nümunə olduğunu və onların da Avropa Olimpiya Festivalında uğurlu nəticələr əldə edəcəklərinə inandığını vurğulayıb.

Oxşar xəbərlər

Azər Əliyev mükafatlandırıldı
Ağacan Abıyev virusa yoluxdu - Testi pozitiv çıxdı
Cüdoçularla görüş keçirildi
Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
İslamiadada qalib gələn idmançılarımızla görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər