Böyük Britaniya AVRO-2020-ni təkbaşına keçirəcək
Böyük Britaniya UEFA-ya bu il futbol üzrə Avropa çempionatının bütün oyunlarını öz ərazisində keçirməyi təklif edəcək.
Sportfm.az xəbər verir ki, bu barədə "Sunday Times" nəşri məlumatına verib.
Məlumatda bildirilir ki, nazirlik azarkeşlərin mayın sonlarınadək stadionlara dönüşü üzrə plan hazırlayıb. Britaniya rəhbərliyi qayıdışın qitənin bir çox ölkəsindən tez mümkünlüyünü açıqlayıb.
Təqvimə əsasən, Londondakı "Uembli" stadionu yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir. Lakin hökumətdəki mənbələr daha çox matç keçirmə xahişi olacağı təqdirdə, razılıq verəcəklərini söyləyiblər.
Qeyd edək ki, AVRO-2020 koronavirus pandemiyası ilə əlaqədar bu ilə təxirə salınıb. Lakin UEFA yarışın adını dəyişməyib. Çempionat qarşılaşmalarının Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Amsterdam (Niderland), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya) və London (İngiltərə) şəhərlərində təşkili nəzərdə tutulub.
Oxşar xəbərlər
Çakır Avro-2020-nin heyətində - SİYAHI
8 şəhər UEFA-ya təminat verdi - AVRO-2020
Roma UEFA-ya təminat verdi - Azarkeşlərlə bağlı
Avro-2020-nin təqvimi - AFİŞA
AÇ-2020 ilə bağlı yeni açıqlama verildi - UEFA-dan yeni ideya
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası