reklam
Formula 1 maskaları qalmaqal yaratdı -
Sportfm.az xəbər saytı

Formula 1 maskaları qalmaqal yaratdı -Satışı qadağan edildi


Formula 1 üzrə dünya çempionatının təkrar istifadə edilə bilən və rəsmi maskaları olan “U-Mask” qalmaqala səbəb olub.

Sportfm.az xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi bu maskaların satışını qadağan edib. İtaliya polisinin apardığı araşdırmanın nəticələrinə görə, bu maskalar adi tibbi maskadan daha pis koronavirusdan qoruyur və sağlamlıq üçün potensial təhlükə yaradır.

Ötən mövsümdə bu maskalardan, demək olar ki, Formula 1 əməkdaşlarının hamısının istifadə etdiyi diqqət çəkib. Araşdırmanın nəticələrinə görə, bu maskaların sertifikatlaşdırılmasının pozuntularla aparıldığı ortaya çıxıb. Çünki maskaların keyfiyyətini bunu etmək hüququ olmayan laboratoriyanın yoxladığı məlum olub. Nəticədə, Bolzano şəhər prokurorluğunun bu iş üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi açdığı bildirilir.

Formula 1 maskaların satışdan çıxarılmasına dair məlumatları hələ şərh etməyib.

Oxşar xəbərlər

F1 pilotlarının dəbilqələrindən qoruyucu maska olacaq - FOTO
"Barselona" maska satışına başladı - FOTO
Maskadan görün necə istifadə etdilər - FOTO
Formula 1-in Çin mərhələsi İtaliyada keçiriləcək
Formula 1-in Azərbaycana gətirdiyi gəlir açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər