reklam
Güləşçilərimiz Kiyevdən 6 medalla qayıtdı -
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Kiyevdən 6 medalla qayıtdı -Beynəlxalq turnir


Azərbaycan güləşçiləri Kiyevdə Ukraynanın tanınmış məşqçi və güləşçilərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 6 medal qazanıb.

Sportfm.az xəbər verir ki, sərbəst güləş yığması Bakıya 2 qızıl, 1 gümüş və 2 bürünc, qadınlardan ibarət milli komanda isə 1 bürünc medalla qayıdır.

Sonuncu yarış günündə sərbəst güləşçilərdən Əhmədnəbi Qvarzatilov (61 kq) yerli pəhləvan Andrey Celepi 7:2 hesabı ilə yenərək, qızıl medala sahib olub. Əvəzində həlledici qarşılaşmada özbəkistanlı İlyas Bekbulatova 0:5 hesabı ilə uduzan Cəbrayıl Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə moldovalı Samhan Cəbrayılovu 8:4 hesabı ilə məğlub edən Vahid Qalayev qazanıb.

Qeyd edək ki, ötən gün 65 kq çəki dərəcəsində iki sərbəst güləşçidən Əli Rəhimzadə qızıl, Turan Bayramov bürünc medala yiyələnib. Qadın güləşində yeganə bürünc medala isə Türkan Nəsirova (50 kq) sahib olub.

Oxşar xəbərlər

Güləşçilərimiz 9 medalla qayıdır - Bolqarıstandan
Güləşçimiz qızıl medal qazandı - Beynəlxalq turnir
Əşrəf Əliyev Litvada nə etdi?
320 idmançının iştirak etdiyi Dünya Çempionatında 5 medal
Qadınlarımız Dünya çempionatını 2 medalla tamamladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər