reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" və "Qəbələ" matça itkilərlə çıxacaqPremyer Liqa


Azərbaycan Premyer Liqasının XVIII turunda üz-üzə gələcək "Qarabağ" və "Qəbələ" komandaları matça itkilərlə çıxacaq.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Rahil Məmmədov hələ də zədəsini sağaltmayıb.

Azərbaycan millisinin də formasını geyinən 26 yaşlı müdafiəçi müalicəsini davam etdirir. Bundan başqa "Qarabağ"da cəzalı Kevin Medina da oyunu buraxacaq.

"Qəbələ" isə iki futbolçusunun xidmətindən yararlana bilməyəcək. "Qırmızı-qaralar"da Cavid Hüseynov və Rafael Utriq sarı vərəqə limitini doldurduqları üçün meydana çıxmayacaqlar.

Qeyd edək ki, martın 2-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Qəbələ" görüşü saat 18:15-də başlayacaq.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” “Qarabağ”la oyuna itkilərlə çıxacaq
"Qarabağ" "Zirə" ilə matça itkilərlə çıxacaq - Azərbaycan Premyer Liqası
“Qarabağ” və “Sumqayıt”da itkilər - Azərbaycan Premyer Liqası
"Makkabi" "Qarabağ"la oyuna itkilərlə çıxacaq - Avropa Liqası
"İnter"ə qarşı onlar çıxmayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər