Tanınmış cüdoçumuz heyətdən çıxarıldı -Zədəyə görə
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska martın 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Böyük Dəbilqədə iştirak etməyəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib.
Federasiya rəsmisinin sözlərinə görə, 78 kq-dan yuxarı çəkidə yarışan Ukrayna əsilli idmançı zədələndiyi üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, martın 7-dək davam edəcək Böyük Dəbilqədə Azərbaycanın 12 cüdoçusu qüvvəsini sınayacaq. Kişilərdən ibarət komandanın heyətində Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq) və Uşangi Kokauri (+100 kq) yer alıblar. Qadınlardan isə 48 kq-da Aişə Qurbanlı ilə Leyla Əliyeva mübarizə aparacaq. (report)
Oxşar xəbərlər
Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - Böyük Dəbilqə
Millimizin heyəti müəyyənləşdi - Böyük Dəbilqə
Cüdoçularımızın ilk rəqibləri bilindi - Böyük Dəbilqə
Millimiz Daşkəndə 13 cüdoçu ilə yollanacaq - Böyük Dəbilqə
Azərbaycan Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası