reklam
Cüdoçularımızın ilk rəqibləri bilindi -
Sportfm.az xəbər saytı

Cüdoçularımızın ilk rəqibləri bilindi -Böyük Dəbilqə


Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

Sportfm.az xəbər verir ki, bu gün bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.

İlk yarış günündə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) mübarizə aparacaq.

İkinci gündə Rüstəm Orucov (73 kq), Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) yarışacaq. Sonuncu gündə isə Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.

Kişilər

60 kq

Təsnifat. Kəramət Hüseynov - Ayub Bliyev (Rusiya)

1/16 final. Oruc Vəlizadə - David Starkel (Sloveniya) / Morits Plafki (Almaniya) cütünün qalibi

66 kq

1/16 final. Nicat Şıxəlizadə - Bojidar Temelkov (Bolqarıstan)

1/16 final. Orxan Səfərov - Lukas Saha (Finlandiya)

73 kq

1/16 final. Rüstəm Orucov - Mod Rəşad Aryan (Əfqanıstan) - Martin Hojak (Sloveniya) cütünün qalibi

81 kq

Təsnifat. Hidayət Heydərov - Gilyerme Şmidt (Braziliya)

Təsnifat. Murad Fətiyev - Nikolas Çilar (Fransa)

90 kq

1/16 final. Məmmədəli Mehdiyev - Erlan Şerov (Qırğızıstan) / Stanislav Qunçenko (Ukrayna) cütünün qalibi

100 kq

1/16 final. Aslan Mirzəyev - Otqonbatar Xlaqvasuren (Monqolustan)

+100 kq

1/16 final. Uşanqi Kokauri - Vinçentso D Arko (İtaliya)

Qadınlar

48 kq

1/16 final. Leyla Əliyeva - Gülnur Muratbəyova (Özbəkistan)

1/16 final. Aişə Qurbanlı - Həliməcan Qurbanova (Özbəkistan)

Qeyd edək ki, turnir martın 7-dək davam edəcək.

Oxşar xəbərlər

Cüdoçularımızın ilk rəqibləri məlum oldu - Avropa çempionatı
Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - Böyük Dəbilqə
Tanınmış cüdoçumuz heyətdən çıxarıldı - Zədəyə görə
Cüdoçularımızın ilk rəqibləri bilindi - Böyük Dəbilqə
Cüdoçularımızın ilk rəqibləri məlum oldu - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər