Yığmamız Moldovaya böyük hesabla qalib gəldi -Avropa çempionatı
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Sportfm.az xəbər verir ki, yığmamız Moldovanı qəbul edib. Bakı İdman Sarayında keçirilən görüş millimizin böyükhesablı qələbəsi ilə başa çatıb - 5:1. Oyun azarkeşlər və media üçün qapalı olub.
Qeyd edək ki, qrupdakı ilk iki oyunda maksimum nəticə qazanan Azərbaycan millisi 9 xalla liderliyini davam etdirir. Moldova isə 4 xalla 2-cidir. Qrupun digər görüşündə Slovakiya Yunanıstanı qəbul edəcək.
4 mart
19:00. Azərbaycan – Moldova - 5:1
Qollar: Fineo, 7. R.Fərzəliyev, 14. H.Ahmadi, 15. Bolinya, 27; 40 - S.Takot, 26.
Hakimlər: Giulio Kolombin (İtaliya), Daniel Dadamo (San-Marino), Əli Cəbrayılov (Azərbaycan)
Bakı İdman Sarayı
Oxşar xəbərlər
Millimiz Yunanıstana qalib gəldi - DÇ-2024
Millimiz Moldovaya qarşı - Avropa çempionatı
Yığmamız Yunanıstanla üz-üzə - YENİLƏNİR
Azərbaycan yığması mübarizəyə başlayır - Avropa çempionatı
Yığmamız Moldovanı darmadağın etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası