reklam
Dünya Kuboku ləğv edildi -
Sportfm.az xəbər saytı

Dünya Kuboku ləğv edildi -Gimnastika üzrə


Yaponiya Gimnastika Assosiasiyası və Beynəlxalq Gimnastika Federasiyası (FIG) Tokioda keçirilməsi planlaşdırılan idman gimnastikasının çoxnövçülük yarışı üzrə Dünya Kubokunu ləğv etməyə qərar verib.

Sportfm.az xəbər verir ki, səbəb kimi dünya miqyasında koronavirusla əlaqədar səyahət məhdudiyyətləri göstərilib.

Mayın 4-də keçirilməli olan turnir Tokio Yay Olimpiya Oyunlarına test xarakterli idi. FIG test yarışı üçün yeni məkan tapmağa çalışacaq.

Çoxnövçülük yarışı Miluoki (ABŞ), Ştutqart (Almaniya), Birmingem (Böyük Britaniya) və Tokio (Yaponiya) mərhələlərindən ibarət idi. Miluoki mərhələsini təşkil etmək mümkün olsa da, son 3 mərhələ baş tutmayıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. 

Oxşar xəbərlər

Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
Beynəlxalq Gimnastika Federasiyası yarışları ləğv etdi
"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm" - Vitse-prezident açıqladı
Azarkeşlərə mahnı oxumağa icazə verilmir - Tokio-2020-də
Sakinlər narazıdır - Olimpiadanın keçirilməsini istəmirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər