Beynəlxalq Gimnastika Federasiyası yarışları ləğv etdi
Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli idman gimnastikası üzrə fərdi çoxnövçülük yarışının iki mərhələsi ləğv olunub.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytı məlumat yayıb.
Son qərara əsasən Ştutqart (20-21 mart) və Birmingem (27 mart) mərhələləri baş tutmayacaq. Mayın 4-də Tokioda keçirilməli olan və olimpiadaya test xarakteri daşıyan yarışla bağlı məsələyə hələlik baxılmayıb.
Olimpiya təsnifat sisteminin qaydalarına görə, seriyanın nəticələrini "Tokio-2020"yə vəsiqə kimi təsdiqləmək üçün ən azı üç mərhələ keçirilməli və həm kişilər, həm də qadınlar arasında idman gimnastikasında bu seriyada təşkil olunan üç olimpiya lisenziyası yenidən bölüşdürülməlidir.
Qaydalara əsasən, kvotalar 2019-cu il Dünya Kubokunun təsnifat mərhələlərində komanda yarışlarında ən yüksək yerləri tutan ölkələrə verilir. Beləliklə, Tokio olimpiadası üçün kişi idman gimnastikasında Rusiya, Çin və Yaponiya, qadın idman gimnastikasında isə ABŞ, Çin və Rusiya vəsiqə əldə edib.
Oxşar xəbərlər
Dünya Kuboku ləğv edildi - Gimnastika üzrə
Olimpiadaya qazanılan lisenziyalar ləğv olunmayacaq
Azərbaycan ilk dəfə - Avropa çempionatına ev sahibliyi edəcək
Azərbaycan daha bir ilkə imza atacaq
Azərbaycan daha bir dünya kubokuna ev sahibliyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası