"Sabah"ın problemi təkcə baş məşqçilərlə bağlı deyil" -Jelko Sopiç
"Visente Qomezin istefaya göndərilməsi mənim üçün yeni xəbərdir. Amma məşqçi həyatı belədir: nəticə olmayanda göndərilirsən".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Jelko Sopiç deyib.
Xorvatiyalı mütəxəssis onu əvəzləmiş Visente Qomezin istefaya göndərilməsinə dair qərarı normal qarşıladığını bildirib: "Hazırkı komanda mənim vaxtımdakından daha keyfiyyətli olsa da, nəticələr ürəkaçan deyildi. Bu mənada gözlənilən qərar oldu. Biz hər an hər şeyə hazır olmalıyıq. Bu, həyatımızın bir parçasıdır".
47 yaşlı mütəxəssis "Sabah"ın probleminin sırf baş məşqçilərlə bağlı olmadığını vurğulayıb: "Daha əvvəl işlədiyim komandalarda yaxşı nəticələr qazanmışam. Çünki oyunçuları özüm seçmişəm. Klub yeni baş məşqçi gətirirsə, ona bu imkanı yaratmalıdır. Çünki işlər düz getməyəndə ilk olaraq kim göndərilir? Baş məşqçi. Təbii ki, bu, normal haldır. Amma ona imkan yaratmasan, heç nə alınmayacaq. Düzdür, klubda müəyyən problemlər var. Lakin bunun konkret olaraq, kimdən qaynaqlandığını deyə bilmərəm. Mən yalnız özümə cavabdehəm".
Qeyd edək ki, Jelko Sopiç 2019/2020 mövsümündə "Sabah"a başçılıq edib. (report)
Oxşar xəbərlər
"Sabah"ın ispaniyalı baş məşqçisi Bakıda
Bakı klubu ispaniyalı məşqçi ilə müqavilə bağladı - RƏSMİ
"Sabah" baş məşqçisi ilə vidalaşdı
"“Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim" - Jelko Sopiç
"Sabah"da xorvatiyalı baş məşqçi - təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası