Ruslar "Katyuşa"dan istifadə edə bilməyəcək -Qərar
Rusiya Olimpiya Komitəsi (OKR) Tokio və Pekin olimpiadalarında dövlət himni əvəzinə "Katyuşa" mahnısından istifadə edə bilməyəcək.
Sportfm.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) OKR-in bu məsələ ilə bağlı tələbini rədd edib.
CAS dopinq qalmaqalı ilə bağlı Rusiya idmançılarının nüfuzlu beynəlxalq yarışlarda - olimpiya, paralimpiya oyunlarında, dünya çempionatlarında ölkə bayrağı və himni ilə çıxış etməsinə qadağa qoyub. Qadağa 2022-ci il 16 dekabradək qüvvədə olacaq. Rusiya təmsilçilərinin olimpiadalarda hansı marşdan istifadə edə biləcəyinə dair son qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Pekindəki Qış Olimpiya Oyunları 2022-ci il 4 - 20 fevralda gerçəkləşəcək.
Oxşar xəbərlər
Rusiya bayrağı və himni Olimpiadada qadağan edilsin - TƏKLİF
Rusiya himnini Çaykovskinin əsəri əvəzlədi - Tokio-2020
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
Azarkeşlərə mahnı oxumağa icazə verilmir - Tokio-2020-də
Olimpiadaya SSRİ-nin rəmzləri ilə yollana bilərlər!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası