Rusiya himnini Çaykovskinin əsəri əvəzlədi -Tokio-2020
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunları və Pekin-2022 Qış Olimpiya Oyunlarında Rusiya idmançılarının iştirakı ilə protokol tədbirlərinin musiqi müşayiəti zamanı dövlət himni əvəzinə Pyotr Çaykovskinin "Orkestrla birgə fortepiano üçün Konsert №1" əsərindən istifadə ediləcəyini təsdiqləyib.
Sportfm.az xəbər verir ki, bu barədə Rusiya Olimpiya Komitəsinin (OKR) prezidenti Stanislav Pozdnyakov qurumun rəsmi saytına açıqlamasında deyib.
O, çətin prosesin həllinə görə IOC və OKR-dəki həmkarlarına təşəkkürünü bildirib.
İdman Arbitraj Məhkəməsi (CAS) dopinq qalmaqalı ilə bağlı Rusiya idmançılarının nüfuzlu beynəlxalq yarışlarda - olimpiya, paralimpiya oyunlarında, dünya çempionatlarında ölkə bayrağı və himni ilə çıxış etməsinə qadağa qoyub. Qadağa 2022-ci il 16 dekabradək qüvvədə olacaq.
Qeyd edək ki, Tokio olimpiadası 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Pekindəki Qış Olimpiya Oyunları isə 2022-ci il 4 - 20 fevralda gerçəkləşəcək. (report)
Oxşar xəbərlər
Rusiya bayrağı və himni Olimpiadada qadağan edilsin - TƏKLİF
Ruslar "Katyuşa"dan istifadə edə bilməyəcək - Qərar
"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm" - Vitse-prezident açıqladı
Tokio olimpiadasının proqramı təsdiqləndi
Olimpiadaya SSRİ-nin rəmzləri ilə yollana bilərlər!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün














Misli Premyer Liqası