Keysuke Honda “Neftçi”də -RƏSMİ
“Neftçi” növbəti transferini rəsmiləşdirib. Məşhur futbolçu Keysuke Honda ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Sportfm.az xəbər verir ki, 34 yaşlı yaponiyalı yarımmüdafiəçi "Neftçi"nin heyətində 4 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Keysuke Honda Yaponiyanın “Naqoya Qrampus” (2005-2007), Hollandiyanın “VVV-Venlo” (2008-2010), “Vitess” (2019), Rusiyanın ÇSKA (2010-2014), İtaliyanın “Milan” (2014-2017), Meksikanın “Paçuka” (2017-2018), Avstraliyanın “Melburn Viktori” (2018-2019) və Braziliyanın “Botafoqo” (2020) klublarında çıxış edib, Rusiya çempionatının (2013), kubokunun (2011, 2013), Superkubokunun (2013), İtaliya Superkubokunun (2016) qalibi olub, Yaponiyada ilin futbolçusu seçilib (2010).
O, 2008-2018-ci illər ərzində Yaponiya milli komandasında 98 oyuna çıxıb, 37 qol vurub, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında iştirak edib. 2011-ci ildə isə Asiya Kubokunu başı üzərinə qaldırıb.

Oxşar xəbərlər
"Neftçi" daha bir israilli oyunçu - TRANSFER
"Neftçi"də yeni futbolçu - VİDEO
“Neftçi” - “Qarabağ” - Statistika
Honda Bakıda - FOTO
"Antarktida da qol vurmaq istəyirəm" - Keysuke Honda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı














Misli Premyer Liqası