reklam
1/4 final mərhələsinə start veriləcək -
Sportfm.az xəbər saytı

1/4 final mərhələsinə start veriləcək -Çempionlar Turu


Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün 1/4 finalın görüşləri keçiriləcək.

Sportfm.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışın bu raundu 2 gün davam edəcək.

Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsindən sonra ilk "8-liy"ə düşə bilmədikləri üçün bu raundda iştirak etməyəcəklər.

"Magnus Carlsen Invitational"

1/4 final

Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan)

Yan Nepomnyaşi (Rusiya) - Hikaru Nakamura (ABŞ)

Uesli So (ABŞ) - Alireza Firuzca (FIDE)

Maksim Vaşye-Laqrav (Fransa) - Aniş Giri (Niderland)

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. 

Oxşar xəbərlər

Bu gün final uğrunda görüşlərə start veriləcək - Çempionlar Turu
Şahmatçılarımız dünya çempionuna qarşı - Çempionlar Turu
Şəhriyar Aronyana qalib gəldi - Çempionlar Turu
Şahmatçılarımız Aronyana qarşı - AFİŞA Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər