reklam
Bu gün final uğrunda görüşlərə start veriləcək -
Sportfm.az xəbər saytı

Bu gün final uğrunda görüşlərə start veriləcək -Çempionlar Turu


Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün final və 3-cü yer uğrunda görüşlərə start veriləcək.

Sportfm.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışın həlledici raundunda niderlandlı Aniş Giri ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi üz-üzə gələcək. Giri yarımfinalda ABŞ-dan olan Uesli Sonu, Nepomnyaşi isə yarışın təşkilatçısı Maqnus Karlseni mübarizədən kənarlaşdırıb. 3-cü yer uğrunda görüşdə So ilə Karlsen üz-üzə gələcək.

İki gün davam edəcək qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, 2 görüşdən ibarət olacaq.

20 mart

"Magnus Carlsen Invitational"

İlk görüşlər

3-cü yer uğrunda görüş: Maqnus Karlsen (Norveç) - Uesli So (ABŞ)

Final

Yan Nepomnyaşi (Rusiya) - Aniş Giri (Niderland)

Qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır.

Oxşar xəbərlər

1/4 final mərhələsinə start veriləcək - Çempionlar Turu
Şahmatçılarımız dünya çempionuna qarşı - Çempionlar Turu
Şəhriyar Aronyana qalib gəldi - Çempionlar Turu
Şahmatçılarımız Aronyana qarşı - AFİŞA Çempionlar Turu
Teymur Rəcəbov Levon Aronyanla qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər