"Neftçi" PFL-ə müraciət etdi -Honda ilə bağlı
"Neftçi" klubu Keysuke Hondanın forma nömrəsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Sportfm.az xəbər verir ki, bu barədə PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.
O bildirib ki, paytaxt təmsilçisi 35 yaşlı yarımmüdafiəçini təqdim etməmişdən əvvəl qurumla əlaqə saxlayıb: "Klub bizə rəsmi müraciət etmişdi ki, braziliyalı futbolçusu Rener Alvesin 4 nömrəli forması Hondaya verilsin. Alvesə isə 49 nömrəli forma təqdim edilib. Bununla bağlı əsasnamədə bənd var ki, mövsümün gedişində klublar müraciət edəcəkləri təqdirdə, PFL futbolçuların nömrələrini dəyişdirə bilər. Premyer Liqada forma nömrələrinin kortəbii dəyişdirilməsi qadağandır. Rəsmi müraciətdən sonra PFL məsələni müsbət cavablandırıb".
Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi "ağ-qaralar"ın formasını geyinəcək. (report)
Oxşar xəbərlər
Alveşin forma nömrəsi bilindi
Honda investisiya qoyacaq - Afrikadakı layihələrə
Hondanın formaları satışa çıxarıldı
Keysuke Honda tibbi müayinədə - VİDEO
Yeni transfer nömrə seçimini etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası