reklam
Boksçularımız vətənə 7 medalla qayıdır -
Sportfm.az xəbər saytı

Boksçularımız vətənə 7 medalla qayıdır -Boğaziçi turniri


Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandası 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.

Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan boksçuları turnirdən öncə qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.

Oxşar xəbərlər

Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu
Millimiz Qızıl kəmər seriyasını 5 medalla başa vurdu
Boksçularımız finala yüksəldi - Boğaziçi turniri
Millimizin heyəti açıqlandı - SİYAHI
Boksçularımız Tailanda yola düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər