reklam
Ter Ştegen
Sportfm.az xəbər saytı

Ter Ştegen "Ayaks"da -RƏSMİ


"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını "Ayaks"da davam etdirəcək.
Sportfm.az xəbər verir ki, Amsterdam klubu bu barədə rəsmi məlumat yayıb.

33 yaşlı alman qolkiper mövsümün sonuna qədər icarə əsasında Niderland təmsilçisində çıxış edəcək.

Ter Ştegen 2014-cü ildən "Barselona"da oynayırdı. O, 2025/2026 mövsümünün ikinci hissəsini icarə əsasında "Jirona"da keçirsə də, zədə səbəbindən cəmi 2 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Ayaks" ötən mövsüm Erediviziyada 5-ci yeri tutub və yeni mövsümdə UEFA Konfrans Liqasında mübarizə aparacaq.

Oxşar xəbərlər

Ter Ştegen "Barselona"nı tərk etdi
Atasının yolu ilə gedən Maksimilian
Reşford icarə əsasında super klubda - Transfer
"Barselona"nın qapıçısı "Qalatasaray"dan imtina etdi
“Barselona”nın üzvü “Fiorentina”da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər