reklam
“Oyundan 50 faiz razı qaldım
Sportfm.az xəbər saytı

“Oyundan 50 faiz razı qaldım" -Canni De Byazi


Sportfm.az DÇ-2022-nin seçmə mərhələsində bu gün keçirilmiş Portuqaliya – Azərbaycan oyunundan sonra hər iki milli komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

Canni De Byazi (Azərbaycan millisinin baş məşqçisi): “Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq. Amma fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq. Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq. Texniki cəhətdən bizdən çox güclü olan komanda ilə oynayırdıq. Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik.
Seçmə mərhələdəki konkret hədəfimiz haqqında indidən danışmaq çətindir. Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin oyunda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”. 
Fernando Santos (Portuqaliya millisinin baş məşqçisi): “İlk hissədə oyuna tamamilə nəzarət edirdik, amma qol vəziyyətləri yaratmaq baxımından çətinlik çəkirdik. İntizamlı, kompakt oyun nümayiş etdirirdik, topu itirən kimi dərhal onu yenidən ələ keçirməyə çalışırdıq. Azərbaycan fasilədən sonra oyun planında dəyişiklik etdi. Əsasən qısa ötürmələrdən istifadə etməklə özünə inamı qaytardı və bizə çətinliklər yaşamağa başladı. Hücum xəttində oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Əsas qələbə qazanmaq idi. Onu da əldə etdik”.

Oxşar xəbərlər

"Rəqib qapısına 15 zərbə vurduq" - De Byazi
"Heyəti qurarkən fərqli qərar qəbul etmişdim" - Canni De Byazi
"Yeni futbolçuların çıxışı məni qane etdi" - Canni De Byazi
"Komandanın sərgilədiyi oyundan razı qaldım"
Millimizin baş məşqçisi: Rəqib belə səhvləri bağışlamır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər