reklam
Sportfm.az xəbər saytı

"Rəqib qapısına 15 zərbə vurduq" -De Byazi


Sportfm.az UEFA Millətlər Liqası çərçivəsində Serbiyanın Novi Sad səhərində keçirilmiş Belarus – Azərbaycan qarşılaşmasından sonra təşkil olunmuş mətbuat konfransında milli komandamızın baş məşqçisi Canni De Byazinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: 

"Oyuna pozitiv şəkildə başladıq. Ötən oyunda olduğu kimi, rəqib qapısına 15 zərbə vurduq. Təəssüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən. Oyunu bir nəfər azlıqda tamamlamağımızı nəzərə alsaq, nəticəni baxımından razı ola bilərik. Amma buraya qələbə qazanmaq üçün gəlmişdik.
Komandanın oyunundan çox razı qaldım. Hiss edirəm ki, günü-gündən irəliləyiş var. Artıq topla daha rahat oynayırıq, topu hara gəldi vurmuruq, qol imkanları yaradırıq. İlk hissədə 3-4 qol imkanımız oldu, istifadə edə bilmədik. Son vuruşlarda çatışmazlıqlar var. Komanda kim inkişaf edirik. 
Bizi qrupun ən güclü komandasına qarşı ağır oyun gözləyir. Əminəm ki, meydana kim çıxacaqsa, yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparacaq".

Oxşar xəbərlər

"Heyəti qurarkən fərqli qərar qəbul etmişdim" - Canni De Byazi
“Oyundan 50 faiz razı qaldım" - Canni De Byazi
“Situasiyanı xeyrimizə dəyişməyə çalışacağıq” - Canni De Byazi
"Oyun rəqibin üstünlüyü ilə keçdi" - Rəşad Sadıqov
Millimizin baş məşqçisi: Rəqib belə səhvləri bağışlamır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər