Millimiz Mozambikdən də geridədir -147-ci yer
Dünya çempionatları tarixinin seçmə mərhələlərinin ümumi cədvəli açıqlanıb.
Sportfm.az xəbər verir ki, martda baş tutan qarşılaşmaların da əksini tapdığı siyahıda müxtəlif illərdə yarışda oynamış 215 milli komanda yer alıb.
Azərbaycan yığmasının da dünya çempionatlarındakı mövqeyi bəlli olub. DÇ-1998 çərçivəsində 1996-cı ildə debüt matçına çıxan millimiz tarixində 7-ci tsiklə başlayıb.
60 görüş keçirən komandamız dünya çempionatlarının 147-ci sıradadır.
Azərbaycan yığmasından ön sıralarda Botsvana (36 xal), Banqladeş, Barbados, Fələstin (hərəsi 37 xal), Mozambik (38 xal), Vanuatu (39 xal) kimi qeyri-futbol ölkələri yer alıb.
Yığmamız Avropada yalnız 9 komandanı qabaqlayır. Bunlar Farer adaları (29 xal), Moldova, Lüksemburq (hər ikisi 28 xal), Malta (17 xal), Lixtenşteyn (12 xal), Andorra (9 xal), San-Marino (2 xal), Kosovo (1 xal) və Cəbəllütariq (0 xal) milliləridir.
Qeyd edək ki, cədvələ seçmə mərhələlərdə 376 xal toplayan Meksika başçılıq edir. Kosta-Rika 298 xalla ikinci, Avstraliya 294 xalla üçüncüdür.
Oxşar xəbərlər
"Qarabağ" "Trabzonspor"u və "Lester"i qabaqladı - Reytinq cədvəli
Millimiz ən zəifləri sırasında - DÇ-2022
Millimiz reytinq cədvəlində gerilədi - 104-cü pillə
Ən zəiflərdən biri - Azərbaycan
Millimiz seçmə mərhələnin ən zəiflərindən oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası