reklam
Millimizin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Millimizin heyəti açıqlandı -Avropa çempionatı


Taekvondo üzrə Azərbaycan milli komandasının aprelin 8-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, dörd gün davam edəcək yarışa 11 idmançı yollanacaq. G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında kişilərdən Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı), qadınlardan isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.

Nümayəndə heyətinə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev başçılıq edəcək. Gündüz Abdullayev isə Sofiyaya hakim qismində yollanacaq.

Oxşar xəbərlər

Avropa çempionatı üçün heyəti açıqlandı
Ölkəmiz 11 idmançı ilə təmsil olunacaq - Avropa çempionatı
İdmançımız Türkiyədə qızıl medal qazandı - “Turkish Open”
Millimizin dünya çempionatı üçün heyəti açıqlandı
15 taekvondoçumuz Avropa çempionatına gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər