Ölkəmiz 11 idmançı ilə təmsil olunacaq -Avropa çempionatı
Sabah Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan komandasının da qatılacağı Avropa çempionatı start götürəcək.
Sportfm.az xəbər verir ki, aprelin 8-11-də keçiriləcək qitə çempionatında komandamız 11 idmançı ilə təmsil olunacaq. G4 kateqoriyalı yarışda kişilər arasında Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı), qadınlar mübarizəsində isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda yarışacaqlar.
Yarışda, hakimlərimizdən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək.
Oxşar xəbərlər
İki taekvondoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Millimizin heyəti açıqlandı - Avropa çempionatı
İdmançımız Türkiyədə qızıl medal qazandı - “Turkish Open”
Millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Azərbaycan taekvondoçuları Braziliyaya yola düşdülər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası