reklam
BOS-un meydançaları bağlandı -
Sportfm.az xəbər saytı

BOS-un meydançaları bağlandı -AVRO-2020


Bakı Olimpiya Stadionunun (BOS) futbol meydançaları Avropa çempionatının oyunları ilə əlaqədar bağlanılıb.

Sportfm.az xəbər verir ki, bu barədə arenanın direktoru Cavid Qarayev məlumat verib.

Onun sözlərinə görə, meydançaların ot örtüyündə AVRO-2020 öncəsi renovasiya işləri aparılacaq.

C.Qarayev bildirib ki, əsas meydança Azərbaycan yığmasının martın 30-da Serbiya ilə keçirdiyi dünya çempionatının seçmə oyunundan sonra, ikinci meydança isə bu gündən qapadılıb. Ona görə də "Qarabağ-2" və "Sabah-2" Azərbaycan I Divizionunun oyunlarında rəqiblərini başqa stadionlarda qəbul etməli olacaqlar.

Direktor AVRO-2020 vaxtı oyunları idarə edəcək hakimlərin BOS-un ikinci meydançasından məşq üçün yararlanacaqlarını da diqqətə çatdırıb.

Qeyd edək ki, təqvimə əsasən, BOS A qrupunun İsveçrə - Uels (12 iyun), Türkiyə - Uels (16 iyun) və Türkiyə - İsveçrə (20 iyun) qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa (3 iyul) ev sahibliyi edəcək.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. (report)

Oxşar xəbərlər

Çakır Avro-2020-nin heyətində - SİYAHI
Yığmanın üzvləri vaksinasiya olunacaq - Oyunlarından əvvəl
Roma UEFA-ya təminat verdi - Azarkeşlərlə bağlı
Avropa çempionatının formatı dəyişmədi - AVRO-2020 AVRO-2020
Pley-off matçları başlayır - AVRO-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər