Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt" artıq Antalyada
Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşan "Sumqayıt" bu gün 11:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yola düşüb.
Sportfm.az xəbər verir ki, yerli vaxtla saat 15:00-da qonşu ölkəyə çatan komanda "The Sense De Luxe" otelində məşkunlaşıb. "Sumqayıt" bu gün 18:00-da Antalyada ilk məşqinə çıxacaq.
"Sumqayıt” qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. "Kimyaçılar" ilk olaraq, yanvarın 13-də Albaniya təmsilçisi "Şkenderbeu” klubu ilə qarşılaşcaq. Üç gün sonra isə komanda Özbəkistan təmsilçisi "Nasaf”ı sınağa çəkəcək. Samir Abasovun yetirmələri yanvarın 19-da Qazaxıstan təmsilçisi "Atırau” ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Sumqayıt" da Türkiyəyə getdi
"Sumqayıt" uduzdu
"Sumqayıt" Özbəkistan klubuna uduzdu
“Zirə” bu gün Antalyada ilk məşqinə çıxacaq
"Sumqayıt" Antalyada neçə görüş keçirəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası