reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" uduzdu


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" qonşu ölkədə sonuncu yoxlama oyununa çıxıb.
 
Sportfm.az xəbər verir ki, "kimyaçılar" Qazaxıstan təmsilçisi "Atırau" ilə qarşılaşıb. Görüş Samir Abasovun yetirmələrinin 1 - 2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Sumqayıt"ın heyətində Məhəmməd Qurbanov penaltidən fərqlənib.
 
"Sumqayıt" Antalyadakı ilk yoxlama görüşündə Albaniyanın "Skenderbeu" klubuna 1:3 hesabı ilə uduzub. Ardınca Özbəkistan "Nasaf"ı ilə qüvvəsini sınayan  komanda  0:1 hesabı ilə məğlub olub.
 
Qeyd edək ki, "Sumqayıt"ın Türkiyə toplanışı sabah başa çatacaq.

Oxşar xəbərlər

"Sumqayıt" Özbəkistan klubunu məğlub etdi - Yoxlama oyunu
"Sumqayıt" Özbəkistan klubuna uduzdu
"Neftçi"ni məğlub edən klub "Sumqayıt"la qarşılaşacaq
"Neftçi" uduzdu
"Sumqayıt" artıq Antalyada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər