Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şumaxerin malikanəsi satışa çıxarıldı -58,7 milyona
Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin malikanəsi satışa çıxarılıb.
Sportfm.az xəbər verir ki, İsveçrənin Qlan şəhərində yerləşən lüks malikanə 58,7 milyon avro dəyərində qiymətləndirilir. Villanın sahəsi 20 min kvadrat metrdən çoxdur. Məlumatda bildirilir ki, evin satışından gələn pul Şumaxerin həftədə 56 min avroya başa gələn müalicəsinə gedə bilər. Bundan əvvəl ailənin 35 milyon avro dəyərində olan təyyarəsi müalicə məqsədilə satılıb.
Qeyd edək ki, 2013-cü ilin dekabrında yeddiqat dünya çempionu Alp dağlarında xizəklə sürüşərkən keçirdiyi qəza nəticəsində aldığı ağır kəllə-beyin travmasından sonra komaya düşüb.
Oxşar xəbərlər
Mixael Şumaxerin oğlu debüt etdi - "Formula 1"də
Şumaxerin son durumu açıqlandı
Bakıda Mixail Şumaxerin oğlunun "başına iş gəldi"
Alman pilotun boyu getdikcə qısalır!
İflic olan əfsanəvi Mixael Şumaxer yeriməyə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası